Türkiyəli hakim Konfrans Liqasında
UEFA Konfrans Liqasının yarımfinal mərhələsinin cavab oyununda ədaləti Türkiyədən olan hakimlər briqadası qoruyacaq.
Sportlife.az Beinsports.com-a istinadla xəbər verir ki, matçı Halil Umut Meler idarə edəcək.
Halil Umut Meler UEFA adı altından keçirilən turnirlərdə son olaraq Avropa Liqasının "Liverpul"-"Atalanta" oyununda söz sahibi olmuşdu.
Qeyd edək ki, "Klub Brugge" və "Fiorentina" arasında keçirilən ilk oyun İtaliya təmsilçisinin qələbəsi ilə yekunlaşmışdı. (3-2).