Futbolçular hücuma məruz qaldılar

  • Bu gün, 14:51

"Nitsa" azarkeşləri komandanın futbolçularına hücum çəkib.

Sportlife.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama yayan klub bir sıra zəif oyunların yaratdığı məyusluğu başa düşdüklərini bildirib:

"Lakin bu cür hadisələr qəbuledilməzdir. Bir neçə klub üzvünə hücum edilib. "Nitsa" onlara tam dəstəyini bildirir və bu hərəkətləri ən sərt şəkildə pisləyir".

Qeyd edək ki, "Loryan"la səfər oyunundan (1:3) sonra təxminən 400 azarkeş klubun məşq meydançasına gəlib və nəticələrdən narazılıqlarını bildiriblər. Hətta bir neçə azarkeş nigeriyalı hücumçu Terem Moffi və Fil Dişi Sahilindən olan yarımmüdafiəçisi Ceremi Boqaya hücum edib, oyunçulara yumruq vurub və tüpürüblər.


Paylaş: