Harri Keyndən nümunəvi hərəkət

  • 16 Aprel 2024, 23:00

"Bavariya"nın hücumçusu Harri Keyn "Bayer"i çempionluq münasibətilə təbrik edib.

Sportlife.az xəbər verir ki, aprelin 14-də Almaniya çempionatının 29-cu turunun matçında "Bayer" "Verder"i məğlub edib (5:0). Bundesliqanın yekununa beş tur qalmış "Bavariya"dan 16 xal fərqlə ayrılan Leverkuzen klubu vaxtından əvvəl çempion olub.

“Liqada bizim üçün məyusedici bir mövsüm oldu. Leverkuzen klubunu əldə etdiklərinə görə təbrik edirəm. Bu mövsüm ən yüksək səviyyəmizə çatmamışıq. "Bayer" Avropa yarışları da daxil olmaqla fantastik bir mövsüm keçirdi. Almaniya çempionatında çox güclü klublar var. Hər matçda ən yaxşı oyunumu göstərməyə çalışıram. İndi liqada məqsədimiz ikinci yerdə qalmaqdır. Ümumilikdə, Bundesliqada oynamağı çox xoşlayıram”, – Keyn Almaniya mətbuatına bildirib.


Paylaş: