Hazard: "Artıq futbol oynamaq istəmirdim"

  • 26 Aprel 2024, 12:32

"Real Madrid"in və Belçika millisinin keçmiş yarımmüdafiəçisi Eden Hazard etiraf edib ki, təqaüdə çıxmazdan əvvəl MLS komandasına keçmək barədə düşünüb.

Sportlife.az xəbər verir ki, bu barədə veteran futbolçu Goal.com-a danışıb.

“Əvvəlcə özümə dedim ki, Amerikaya gedib iki-üç il orada oynayacağam. MLS o qədər də pis deyil. Amma bu təkcə futbolla bağlı deyil. Düzünü desəm, artıq futbol oynamaq istəmirdim. Həqiqətən də davam etmək istəsəydim, köçməli olsam belə, yaşamağa bir yer tapardim. Amma mənə daha lazım deyil" deyə Hazard bildirib.

Hazard 2023-cü ildə karyerasını bitirdiyini açıqlayıb. Onun son klubu "Real Madrid" olub. Yarımmüdafiəçi "Çelsi" və "Lill"də də çıxış edib.


Paylaş: