İDDİA: Zidan "Mançester Yunayted"lə danışıqlar aparır

  • 20 Aprel 2024, 08:47

"Real Madrid"in keçmiş baş məşqçisi Zinəddin Zidan "Mançester Yunayted"də işləməkdə maraqlıdır.

Sportlife.az "L'Equipe"ə istinadla xəbər verir ki, 51 yaşlı fransalı "Bavariya" ilə danışıqlar aparmır.

Zidanın Erik ten Haqın mövsümün sonunda ayrıla biləcəyi “Mançester Yunayted”dəki vəziyyəti diqqətlə izlədiyi iddia edilir. Zidan 2021-ci ilin yayından ikinci dəfə "Real Madrid"dən ayrıldıqdan sonra işsizdir.

O, Madrid klubuna iki dəfə - 2016-2018 və 2019-2021-ci illərdə rəhbərlik edib.


Paylaş: