
İspaniyadan ərəb klubuna
Müdafiəçi Matiya Nastasiç "Leqanes"dən "Əl-Ula"ya keçib.
Sportlife.az xəbər verir ki, 32 yaşlı serbiyalı Səudiyyə Ərəbistanı klubu ilə müqavilə imzalayıb.
Nastasiç əvvəllər "Malyorka", "Fiorentina", "Şalke", "Mançester Siti" və "Partizan"da çıxış edib. İngiltərə klubu ilə Premyer Liqa və İngiltərə Liqa Kubokunu qazanıb.
Serbiyalı müdafiəçi ötən mövsüm 29 oyuna çıxıb və 1 qol vurub.