Kapellodan "Milan"ın ulduzlarına tərif

  • 25 Aprel 2024, 15:04

"Milan"ın sabiq baş məşqçisi Fabio Kapello hücumçu Rafael Leau və müdafiəçi Teo Ernandesin oyununu şərh edib.

Sportlife.az pianetamilan.it-ə istinadla xəbər verir ki, mütəxəssis futbolçuları tərifləyib.

“Onlarsız komanda potensialının 60 faizini itirir. Onların böyük potensialı var, amma hansı matçda oynayacaqlarını bilmirsən. Bu isə şübhələr yaradır”, - deyə Fabio Kapello bildirib.

“Milan” İtaliya çempionatının turnir cədvəlində ikincidir.


Paylaş: