Kapitan oyunu buraxacaq

  • Dünən, 13:30

İngiltərə millisinin kapitanı Harri Keynin Uelslə qarşıdakı yoldaşlıq görüşünü buraxacaq.

Sportlife.az xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Tomas Tuxel açıqlama verib. 

Almaniyalı baş məşqçi hücumçunun "Bavariya"da oynayarkən sağalmamış zədəsinin olduğunu bildirib: "Harri oyunu buraxacaq. Onun hələ də ağrıları var".

Qeyd edək ki, İngiltərə millisi bu gün Uelslə yoldaşlıq oyunu keçirəcək. Oktyabrın 14-də isə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Latviya ilə qarşılaşacaq.


Paylaş: