
PSJ indi də Yamalı istəyir
PSJ "Barselona"nın vingeri Lamin Yamalı almaqda maraqlıdır.
Sportlife.az xəbər verir ki, fransız klubu 18 yaşlı futbolçu üçün kataloniyalılara 230 milyon avro təklif etməyi planlaşdırır.
İspaniyalı futbolçu bu mövsüm "kataloniyalılar"ın heyətində 5 oyun keçirib, 2 qol vurub və 4 məhsuldar ötürmə edib. Yamalın transfer dəyəri 200 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, futbol tarixinin ən bahalı transferi Neymarın 2017-ci ildə 222 milyon avroya "Barselona"dan PSJ-yə keçməsidir.