"Mundiala autsayder kimi gedəcəyik"

  • Dünən, 12:27

İngiltərə yığmasının baş məşqçisi Tomas Tuxel komandasını qarşıdakı dünya çempionatının favoriti hesab etmir.

Sportlife.az xəbər verir ki, almaniyalı mütəxəssis sadəcə iddialı olduqlarını bildirib:

"Braziliya, Argentina, İspaniya və Fransa kimi rəqiblər var. Bu o demək deyil ki, bizim şansımız yoxdur. Biz bütün yolu 100% getmək istəyirik. Biz mundiala autsayder kimi gedəcəyik, çünki onilliklər ərzində qalib gəlməmişik və bu müddətdə dəfələrlə qalib gələn komandalarla oynamalı olacağıq.

Başa düşmürəm ki, niyə favorit olduğumuz fikri ilə özümüzü yükləməliyik? Sonuncu dəfə nə vaxt qalib gəldik? Gəlin bunu addım-addım edək".


Paylaş: