Ulduz futbolçunun evi yandı

  • Dünən, 17:49

"Real"ın futbolçusu Vinisius Junior xoşagəlməz hadisə ilə üzləşib.

Sportlife.az xəbər verir ki, hücumçuun İspaniyada yerləşən evində yanğın olub.

İlkin versiyaya əsasən, buna elektrik naqillərində yaranan nasazlıq səbəb olub. Yanğının baş verdiyi sauna külə dönüb.

Hadisə yerinə gələn yanğınsöndürən briqadası alovun digər otaqlara keçməsinin qarşısını alıb.

Hadisə nəticəsində xəsarət alan və zəhərlənən olmayıb. Vinisius yanğın baş verən vaxt evdə olmayıb. O, hazırda Braziliya millisinin düşərgəsindədir.


Paylaş: