"Qarabağ"ın rəqibində növbəti itki
"Qarabağ"ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən olan İngiltərənin "Liverpul" klubu daha bir ciddi itki ilə üzləşib.
Sportlife.az xəbər verir ki, Mersisayd təmsilçisinin hücumçusu Rio Nqumoha sıradan çıxıb.
O, Federasiya Kubokunun 1/32 final mərhələsində "Barnsli"ni 4:1 hesabı ilə məğlub etdikləri oyunda zədələnib.
17 yaşlı oyunçu qarşılaşmanın 73-cü dəqiqəsində baldır nahiyəsində hiss etdiyi narahatlığa görə əvəzlənib.
Qeyd edək ki, "Liverpul"la "Qarabağ" yanvarın 29-da üz-üzə gələcək.