"Neftçi" yeni transferə hazırlaşır
Qazaxıstanlı yarımmüdafiəçi Omar Muradov karyerasını Azərbaycanda davam etdirə bilər.
Sportlife.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, 18 yaşlı futbolçu “Neftçi” ilə danışıqlar aparır.
Razılaşma əldə olunacağı halda Omar Muradov klubun gənclər heyətinə qoşulacaq.
İddiaya görə, danışıqlar artıq irəliləmə mərhələsindədir və Azərbaycan klubu futbolçu barədə Qazaxıstan komandalarından məlumat toplayıb. Yarımmüdafiəçiyə “Astana” və “Kaysar” klubları da maraq göstərir.
Almatı şəhərində anadan olan O.Muradov futbola “Kayrat"da başlayıb, 15 yaşında “Sumqayıt”a keçərək U-17 yaş kateqoriyasında Azərbaycan çempionu olub. O, əsasən “10” nömrə mövqeyində çıxış edir, dəqiq ötürmələri və meydanı yaxşı görməsi ilə seçilir, həmçinin Qazaxıstanın yeniyetmələr yığmasına namizəddir.