Peres Kloppu "Real"a gətirir
"Real"ın prezidenti Florentino Peres Yurgen Kloppu "kral klubu"nun baş məşqçisi kimi görmək istəyir.
Sportlife.az xəbər verir ki, funksioner almaniyalı mütəxəssisi Madrid təmsilçisində işləməyə razı salmağa çalışacaq.
Klopp "Borussiya" (Dortmund" klubunun baş məşqçisi kimi məşhurlaşıb. O, əvvəllər "Maynts", 2016-cı ildən 2024-cü ilə qədər isə "Liverpul"da çalışıb. Klopp İngiltərə klubuna Premyer Liqa titulunu, UEFA Çempionlar Liqasına, ölkə kuboklarını qzandırıb və komandanı FIFA Klublararası Dünya çempionatına çıxarıb.
Qeyd edək ki, "Real" ötən gün Xabi Alonsonu istefaya göndərib. Onun əvəzinə Albvaro Arbeloa yei baş məşqçi təyin olunub.