"Qarabağ"ın rəqibi 1/16 finalda

  • Bu gün, 11:05

İngiltərə Liqa Kubokunda 1/32 finalın daha bir görüşü keçirilib.

Sportlife.az xəbər verir ki, “Lievrpul” öz meydanında "Barnsli"ni qəbul edib.

Rəqibinə 4:1 hesabı ilə qalib gələn Mersisayd təmsilçisi 1/16 finala vəsiqə qazanıb. "Qırmızılar"ın qollarını Dominik Soboslai, Jeremi Frimponq, Florian Virts və Uqo Ekitike vurublar.

Qeyd edək ki, “Liverpul” Çempionlar Liqasının liqa mərhələsinin son turunda evdə “Qarabağ”la qarşılaşacaq. Matç yanvarın 29-da keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.


Paylaş: