"Sumqayıt" yenə uduzdu

  • Bu gün, 18:29

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Sumqayıt" növbəti yoxlama oyununu keçirib.

Sportlife.az xəbər verir ki, Serbiyanın OFK (Belqrad) kollektivi ilə qarşılaşan "gənclik şəhəri" təmsilçisi 1:4 hesabı ilə uduzub.

Azərbaycan klubunun qolunu 4-cü dəqiqədə Aleksandr Ramalinqom vurub.

Qeyd edək ki, "Sumqayıt" ilk yoxlama matçında Macarıstanın "Pakş" komandasına məğlub olub - 1:5.


Paylaş: