Millimizin üzvü Türkiyə klubundan ayrılır

  • Bu gün, 15:30

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin üzvü Həsən Nəzərli yayda Türkiyənin "Ankaragücü" klubundan ayrılacaq.

Sportlife.az xəbər verir ki, yarımmüdafiəçi bunu jurnalistlərə açıqlamasında bildirib.

O, U-21-in təlim-məşq toplanışı barədə də danışıb: "Dünən ilk məşqimizi etdik. Bu gün ikinci hazırlıq prosesidir. Hamımızın hədəfi birdir – qarşıdakı oyunlarda qələbə qazanmaq. Bunun üçün əlimizdən gələni edirik".

H.Nəzərli Türkiyənin "Ankaragücü" klubundakı gələcəyinə də aydınlıq gətirib: "Klubdakı durumum yaxşıdır, lakin böyük ehtimalla bu yay komandadan ayrılacağam. Səbəb legioner limiti ilə bağlıdır. Artıq təkliflər var və transfer dövründə onları dəyərləndirəcəyəm. Karyeramı Türkiyə xaricində, Avropada davam etdirmək niyyətindəyəm".

Qeyd edək ki, U-21 yanvarın 16-da "Səbail", 17-də isə "Şamaxı" ilə yoxlama oyunu keçirəcək.


Paylaş: