"Tottenhem"də tarixi antirekord
"Tottenhem" Premyer Liqanın 29-cu turunda evdə "Kristal Pelas"a 1:3 hesabı ilə məğlub olub.
Sportlife.az xəbər verir ki, bu, London klubunun ardıcıl 5-ci liqa məğlubiyyətidir.
"Tottenham" 28 dekabrdan bəri Premyer Liqa oyunlarında qalib gələ bilmir. O vaxtdan komanda yeddi oyunda uduzub və dördündə isə heç-heçə edib. Bu, klub tarixində ilk belə göstəricidir.
"Tottenhem" 29 xalla turnir cədvəlində 16-cı yerdədir. Komanda autsayderlər zonasından bir xal yuxarıdadır.