Bütün yarımfinalçılar müəyyənləşdi
Fransa Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.
Sportlife.az xəbər verir ki, son yarımfinalçı "Lans" olub. Bu komanda "Lion"u mübarizədən kənarlaşdırıb.
"Lans" yarımfinalda "Tuluza" ilə qarşılaşacaq, digər cütdə isə "Strasburq" və "Nitsa" üz-üzə gələcək.
Yarımfinal oyunları aprelin 22-də keçiriləcək.