Sabiq "Milan"lı futboldan getdi

  • Bu gün, 12:32

"Milan"ın keçmiş yarımmüdafiəçisi Cakomo Bonaventura karyerasını bitirib.

Sportlife.az xəbər verir ki, futbolçu qərarını sosial şəbəkə hesabında elan edib:

"Bunu deməyin vaxtıdır: futbol oynamaq kifayətdir. Amma bu, meydanla vida deyil. Bu idman növünə olan ehtirasım çox böyükdür. Futbolla münasibətim davam edəcək - bu, heç vaxt bitməyəcək".

Bonaventura 2025-ci ilin yayında "Əl-Şəbab"dan ayrıldıqdan bəri klubsuz qalıb. O, "Milan", "Fiorentina" və "Atalanta"dakı çıxışları ilə tanınır. İtaliya milli komandasında 18 oyunda bir qol vurub.


Paylaş: