Krauç "Tottenhem" tənqid etdi

  • Bu gün, 15:36

"Tottenhem"in keçmiş hücumçusu Piter Krauç London klubunun cari mövsümdəki uğursuzluğundan sonra emosiyalarını cilovlaya bilməyib.

Sportlife.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında keçmiş komandasını təhqir edib:

"Düşünürəm ki, bu, 2026-cı ilin əvvəlindən bəri sübut olunmuş bir faktdır. Düzünü desəm, bəli, belədir. "Vulverhempton" sonuncu yerdə olsa da, turnir cədvəlində yavaş-yavaş yüksəlir. "Vest Hem" kimi onlara yaxın komandalar xal toplayır, "Nottingem" də. Amma "Tottenhem" şübhəsiz ki, hazırda liqanın ən pis komandasıdır".

Qeyd edək ki, "Tottenhem" Premyer Liqanın 28-ci turunda evdə "Kristal Pelas"a 1:3 hesabı ilə uduzub


Paylaş: