"Arsenal"dan gözlənilməz addım
"Arsenal" bu yay bir neçə əsas heyət üzvü ilə yollarını ayıracaq.
Sportlife.az xəbər verir ki, London klubunun rəhbərliyi mənfəəti maksimum dərəcədə artırmaq üçün bəzi oyunçuları satmağı düşünür.
İddiaya görə, satışa çıxarılacaq futbolçular arasında Martin Odeqar və Qabriel Martinelli, eləcə də akademiya yetirmələri Etan Nvaneri və Maylz Lyuis-Skelli də var.
"Arsenal" bu yolla maliyyə feyr-pley məsələsini həll etməyi planlaşdırır.