Rauf Əliyevə 4 oyunluq cəza
"Qarabağ" klubunun U-16 komandasının baş məşqçisi Rauf Əliyev 4 oyunluq cəzalanıb.
Sportlife.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
Buna mütəxəssisin "Neftçi" ilə oyunun 45+3-cü dəqiqəsində hakimi təhqir etməsi səbəb olub.
Birbaşa qırmızı vərəqə alan Azərbaycan millisinin sabiq futbolçusu dörd oyunluq cəza ilə üzləşib.