UEFA "Real"ı cərimələdi

  • Dünən, 17:34

UEFA İntizam Komitəsi "Real"ı cəzalandırıb.

Sportlife.az xəbər verir ki, buna "kral klubu" azarkeşlərinin Çempionlar Liqasının pley-off mərhələsinin "Benfika" ilə cavab oyununda (2:1) nalayiq davranışı səbəb olub.

Nəticədə klub 15 000 avro cərimələnib. Klubun avrokuboklarda növbəti ev oyunu üçün stadionun qismən bağlanmasına qərar verilib.

Televiziya yayımı zamanı qapının arxasındakı bir azarkeş nasist salamı verib. Məlumata görə, "Real" qayda pozan şəxsi arenadan qovub.


Paylaş: