Messidən Trampa təşəkkür

  • Bu gün, 14:11

"İnter Mayami"nin hücumçusu Lionel Messi Ağ Evdə keçirilən qala qəbulunda ABŞ prezidenti Donald Trampa klubun rənglərində və oyunçuların imzaladığı xatirə topu hədiyyə edib.

Sportlife.az xəbər verir ki, ölkə başçısı hədiyyəyə görə ulduz futbolçuya minnətdarlığını bildirib:

"Leo, sən ABŞ-də qalib gəldin və bu, çox çətindir, çox qeyri-adidir və açığı, sənin üzərində hər kəsin təsəvvür edə biləcəyindən daha çox təzyiq var".

Qeyd edək ki, "İnter Mayami" MLS Kubokundakı qələbəsini qeyd etmək üçün Ağ Evə dəvət olunub. Messi ilk dəfə ABŞ prezidenti ilə görüşüb. 2025-ci ilin yanvar ayında argentinalı Co Baydenin rəhbərliyi altında Prezident Medalının təqdimat mərasimində iştirak edə bilməmişdi.


Paylaş: