Sportlife.az - 14!

  • Bu gün, 14:50

Bu gün Sportlife.az saytının 14 yaşı tamam olur.

2012-ci ilin 5 mart tarixində fəaliyyətə başlayan sayt artıq ölkənin ən nüfuzlu idman media orqanlarından birinə çevrilib.

İlk gündən jurnalistikanın əsas prinsiplərinə sadiq qalan Sportlife.az bu gün də öz yolu ilə inamla addımlayır. Dəqiqlik, dürüstlük və qərəzsizlik saytın əsas fəaliyyət prinsipidir. Təsadüfi deyil ki, geridə qalan 14 il ərzində bir dəfə də olsun saytın mövqeyi, tutduğu yol dəyişmədi. Bu gün həm də 14 illik şərəfli mübarizənin ildönümüdür. 

Daim oxucularına dəqiq informasiya çatdıran Sportlife.az hadisələrə obyektiv yanaşması ilə də seçilir.

Saytda gün ərzində 20-dən çox maraqlı xəbər, eləcə də köşə və analitik yazılar dərc olunur.


Paylaş: