Dadaşovdan 2 qol

  • Bu gün, 12:07

Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Dadaşov Almaniya Regionalliqasında uğurlu çıxışını davam etdirir.

Sportlife.az xəbər verir ki, Berlin “Dinamo”sunun kapitanı 20-ci turda “Proyssen” üzərində 3:1 hesablı qələbənin memarı olub. 34 yaşlı forvard ikinci hissədə dubla imza ataraq, matçın qəhrəmanına çevrilib.

“Dinamo”nun baş məşqçisi Sven Körner qarşılaşmadan sonra Dadaşov barədə müsbət fikirlər səsləndirib: “Oyunun ikinci hissəsində Rüfəti pleymeyker mövqeyindən hücumun mərkəzinə keçirdim. Kapitanımız da dublu ilə həm bizi qələbəyə daşıdı, həm də liderliyini bir daha ortaya qoydu. Onun güclü tərəfləri cərimə meydançasındadır. Ən yaxşı keyfiyyəti son zərbəsi, ikinci silahı isə qərar qəbul etmək bacarığıdır”.

Qeyd edək ki, Rüfət Dadaşov millimizin heyətində 2013-2019-cu illərdə 24 oyun keçirib, 5 qol vurub.


Paylaş: