Vaqif Cavadov Belçika klubunda
"Sumqayıt"ın əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Vaqif Cavadov “PRO” kateqoriyalı məşqçilik kursları çərçivəsində Belçikanın “Vesterlo” klubunda təcrübədə olub.
Sportlife.az xəbər verir ki, mütəxəssis səfər zamanı həm əsas komandanın, həm də akademiyanın məşqlərini izləyib.
Cavadov bu əsnada komandanın bir sıra rəsmiləri ilə görüşüb, onlarla bəzi məsələlərdə fikir mübadiləsi aparıb.