Hüseynovun komandasından xal itkisi

  • Bu gün, 15:54

Bolqarıstan çempionatının XXIV turunun oyunları keçirilib.

Sportlife.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun formasını geyindiyi “Arda” “Çerno More”nin qonağı olub.

Görüş qolsuz heç-heçə ilə başa çatıb. Hüseynov meydana start heyətində çıxıb və 90 dəqiqə oynayıb.

"Arda" hazırda 32 xalla 7-ci pillədədir.


Paylaş: