"Turan Tovuz" yarımfinalda!
Azərbaycan Kubokunda yarımfinal mərhələsinə vəsiqə qazanan daha bir komanda müəyyənləşib.
Sportlife.az xəbər verir ki, "Turan Tovuz" 1/4 final mərhələsinin cavab oyununda "Kəpəz"i 2 cavabsız qolla üstələyib.
13-cü dəqiqədə Xorxe Silva, 51-ci dəqiqədə Hayderson Hurtado fərqlənib.
İlk görüşdə 1:0 hesabı ilə qalib gələn "Turan Tovuz" növbəti raundda iştirak hüququ qazanıb. Komanda yarımfinalda "Zirə" ilə üz-üzə gələcək.
1/4 finalın son oyununda "Sabah" səfərdə "Qəbələ (ilk oyun - 0:0) ilə üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl "Sumqayıt"ı 2:0 (ilk oyun - 0:0) hesabı ilə üstələyən "Zirə" və "Şamaxı"nı məğlub edən (1:2, 3:1) "Qarabağ" yarımfinalda oynamaq hüququ qazanıb.