La Liqadan azarkeşlərə jest
İspaniya La Liqası nostaljik azarkeşlər və futbol dəbi həvəskarları üçün əsl hədiyyə hazırlayır.
Sportlife.az xəbər verir ki, 3 gün ərzində - 10-13 aprel tarixlərində La Liqa və Sequnda klublarından 38-nin oyunçuları keçmişin ikonik formalarından ilhamlanan, dizaynerlər tərəfindən müasir standartlara və texnologiyaya uyğunlaşdırılmış formalarda oynayacaqlar.
Təkcə oyunçular deyil, hakimlər də retro atmosferi dəstəkləməyə razılaşıblar və meydana buna uyğun formalarda çıxacaqlar.