"Səbail"dən inamlı qələbə

  • Dünən, 18:10

Futbol üzrə Azərbaycan I liqasında XVII tura yekun vurulub.

Sportlife.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma keçirilib.

"Səbail" səfərdə sabiq baş məşqçisi Elvin Məmmədovun çalışdırdığı "Cəbrayıl"la qarşılaşıb və prinsipial görüşdə böyükhesablı qələbə qazanıb.

MOİK isə öz meydanında "Difai"ni üstələyib.

I Liqa

XVII tur

6 mart

"Cəbrayıl" - "Səbail" 1:4
Qollar:
 E.Ali, 63 - A.Almeyda, 32, 75, S.Quliyev, 37, K.Quliyev, 90+1

MOİK - "Difai" 2:1
Qollar:
 M.Baxşalı, 37, K.Kazımov, 88 - M.Musazadə, 90


Paylaş: