Flikin iki hədəfi
"Barselona"nın baş məşqçisi Hans-Diter Flik La Liqanın 27-ci turunda "Atletik"lə oyundan əvvəl Robert Levandovskinin durumunu açıqlayıb.
Sportlife.az xəbər verir ki, alman mütəxəssis polşalı forvardımn tam olaraq sağaldığını bildirib:
"Mən onun əziyyətini həqiqətən qiymətləndirirəm. Sabah onun start heyətində olub-olmadığını görəcəyik. Düşünürəm ki, bu mövsüm 25-30 qol vura bilər".
Flik komandanın qarşısında duran hədəflərdən də danışıb: "Sıx qrafik? Mənim üçün bu, bizim qarşılaşmalı olduğumuz bir şeydir. Bu qədər oyunumuzun olması normaldır. La Masiadan oyunçularımız var və onlarla yaxşı təcrübə qazanırıq. İndi məqsədim La Liqa və Çempionlar Liqasını qazanmaqdır".