Ronaldu Səudiyyəni niyə tərk etdi?
"Əl-Nəsr"in baş məşqçisi Jorji Jezuş Kriştianu Ronaldunun zədəsini sağaltmaq üçün İspaniyaya getdiyini açıqlayıb.
Sportlife.az xəbər verir ki, portuqaliyalı futbolçu Səudiyyə Ərəbistanı liqasında "Əl-Feyca"ya qarşı oyundan sonra zədə alıb.
"O, son matçda əzələ zədəsindən şikayət edərək meydanı tərk etdi. Tibbi müayinədən sonra məlum oldu ki, zədə gözləniləndən daha ciddidir, istirahət və sağalma tələb edir.
Kriştianu zədədən sağalan digər oyunçular kimi, İspaniyaya səyahət etdi. Onun zədəsi Madriddə şəxsi terapevti ilə müalicə tələb edirdi və ümid edirik ki, tez bir zamanda geri qayıdacaq və komandaya kömək edəcək", - deyə Jezuş mətbuat konfransında bildirib.
Əvvəllər Ronaldunun Yaxın Şərqdəki silahlı münaqişə səbəbindən ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanını tərk etdiyi barədə iddialar yayılmışdı. Bu məlumat daha sonra tanınmış insayder Fabrizio Romano tərəfindən təkzib edilib.