"Barselona"dan Kristensenə yeni təklif
"Barselona" rəhbərliyi müdafiəçi Andreas Kristensenə 2 illik yeni müqavilə təklif edib.
Sportlife.az xəbər verir ki, şərtlərə futbolçunun maaşının əhəmiyyətli dərəcədə azaldılması bəndi daxildir.
İddiaya görə, oyunçunun özü komandada qalmaq istəyir, lakin hazırda karyerasını davam etdirmək üçün digər variantları nəzərdən keçirir. Hələlik yekun qərar verilməyib.
Kristensen hazırda zədəlidir və 2026-cı ilin may ayında meydana qayıdacağı gözlənilir.