Andradenin 200-cü oyunu
Leandro Andrade “Qarabağ”da 200-cü oyununu keçirib.
Sportlife.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçinin yubileyi Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Şamaxı” ilə cavab oyununa (3:1) təsadüf edib.
Leandro 200 qarşılaşmada 54 qola imza atıb. O, Premyer Liqada 126 (39 qol), ölkə kubokunda 18 (2 qol), avrokuboklarda 56 (13 qol) oyunda “Qarabağ” forması geyinib.
Qeyd edək ki, Andrade “Qarabağ”da 2021/22 mövsümündə debüt edib.