Rusiya yığmaları yenidən avrokuboklarda
Avropa Voleybol Konfederasiyası (CEV) Rusiyanın gənclər komandaları ilə bağlı qərarını açıqlayıb.
Sportlife.az xəbər verir ki, təşkilat komandaların öz bayrağı və himni altında Avropa turnirlərində iştirak etməsinə icazə verib.
Ümumrusiya Voleybol Federasiyası qərarın praktiki tətbiqi üçün planı daha sonra təqdim edəcək.
Qeyd etmək lazımdır ki, Rusiya komandaları 2022-ci ildən beynəlxalq arenalardan kənarda qalıb.