"Formula 1"in 2 mərhələsi ləğv olunur
"Formula 1" üzrə dünya çempionatının Bəhreyn və Səudiyyə Ərəbistanı mərhələləri müharibə səbəbindən ləğv edilə bilər.
Sportlife.az xəbər verir ki, qərar yaxın günlərdə açıqlanacaq. Bəhreyn Qran-prisi 10-12 aprel, Səudiyyə Ərəbistanındakı yarış isə 17-19 aprel tarixlərində keçirilməlidir.
Yeni "Formula 1" mövsümü martın 6-da Avstraliyada başlayacaq.