Filip Ozobiç: "Addım-addım irəliləməliyik"

  • Bu gün, 18:12

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən "Kəpəz" - "Turan Tovuz" matçından (0:2) sonra qonaq komandanın yarımmüdafiəçisi Filip Ozobiç jurnlistlərin suallarını cavablandırıb.

Sportlife.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi matç barədə bunları deyib:

– Oyunla bağlı fikirlərini bölüşərdin...

– Çətin qarşılaşma oldu. Əsas odur ki, qələbə qazandıq. Yarımfinala vəsiqə qazandığımız üçün xoşbəxtik.

– Çempionatdakı rəqabət haqqında nə düşünürsən?

– Düşünürəm ki, çempionat hər il daha da çətinləşir. Komandalar güclənir. Bu il də maraqlı və rəqabətli bir mövsüm gözləyirəm.

– Öz formandan necə, razısanmı?

– Bəli, özümü yaxşı hiss edirəm. Təlim-məşq toplanışını yaxşı keçirdik. Komandama kömək etmək üçün əlimdən gələni əsirgəməyəcəm.

– Avrokuboklara vəsiqə barədə nə düşünürsən? Komandanın şanslarını necə dəyərləndirirsən?"

– Avropada oynamaq hər zaman çətindir, amma bizim təcrübəmiz var. Addım-addım irəliləməliyik. Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır.

– Sabiq komandan olan 'Neftçi' haqda nə deyə bilərsən? Klub hazırda çətin dövrünü yaşayır. Səncə, "Neftçi" bu vəziyyətdən çıxa biləcəkmi?

​– "Neftçi" böyük tarixə malik klubdur. Onların hazırda çətinlik çəkməsi futbolun bir parçasıdır. Lakin yaxşı heyətləri və məşqçiləri var. Onlar mütləq toparlanacaqlar və turnir cədvəlində öz yerlərini tutacaqlar. "Neftçi"yə uğurlar arzulayıram.


Paylaş: