Trampın oğlu Messi azarkeşi çıxdı
ABŞ prezidenti Donald Tramp oğlu Barronun "İnter Mayami"nin kapitanı Lionel Messinin böyük fanatı olduğunu bildirib.
Sportlife.az xəbər verir ki, Tramp bunu martın 5-də argentinalı futbolçu ilə Ağ Evdə görüşü zamanı açıqlayıb:
"Oğlum soruşdu ki, ata, bu gün orada kimin olacağını bilirsən?" Mən dedim, xeyr, çünki məşğulam. O isə cavab verdi ki, Messi!. Oğlum sənin böyük fanatındır, səni əla insan hesab edir. Gəldiyin üçün təşəkkür edirəm".