Addai milli komandada?

  • Bu gün, 11:28

“Qarabağ”ın futbolçusu Emmanuel Addainin hədəfi yayda keçiriləcək dünya çempionatında iştirak etməkdir.

Sportlife.az xəbər verir ki, bu barədə Qana mətbuatı məlumat yayıb.

24 yaşlı vinger Azərbaycan çempionunun heyətində parlaq çıxışı sayəsində artıq millinin məşqçilər korpusunun diqqətini çəkə bilib. Addainin bu performansla Qana yığmasına layiq olduğu qeyd olunub.

“Addai son olaraq Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Şamaxı” ilə görüşdə (3:1) dubla imza ataraq komandasını yarımfinala daşıdı. O, Avropadakı karyerasının ən parlaq mövsümünü keçirir. Bir müddət əvvəl Qana yığmasında oynamağı hədəflədiyini demişdi. İndi oyunu ilə buna layiq olduğunu göstərir. Bu cür davam edəcəyi təqdirdə DÇ-2026-da iştirakı heç də xəyal olmaz”, – deyə məqalədə yazılıb.

Qeyd edək ki, Emmanuel Addai bu mövsüm Premyer Liqada 3, Azərbaycan Kubokunda 2, Çempionlar Liqasında isə 1 qol vurub.


Paylaş: