"Qarabağ" istəyirdi, Rusiyanı seçdi
"Qarabağ"ın ötən yay prinsipial razılıq əldə etdiyi Mali yığmasının futbolçusu Bubakar Konte karyerasını Rusiyada davam etdirəcək.
Sportlife.az Afrika mətbuatına istinadən xəbər verir ki, Gürcüstanın "Dila" klubunun şərəfini qoruyan 24 yaşlı hücumçu Moskvanın "Torpedo" klubu ilə razılaşıb.
O, paytaxt təmsilçisi ilə 3 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Bubakar Kontenin 2025-ci ilin yayında "Qarabağ"la anlaşdığı, lakin Ağdam təmsilçisinin "Dila" klubu ilə ortaq məxrəcə gələ bilmədiyi üçün bu keçidin baş tutmadığı barədə məlumatlar yayılmışdı.