Paltardəyişmə otağında siqaret çəkib, pivə içdi
"Barselona"nın vingeri Lamin Yamal İspaniya Superkubokunda "Real"la oyundan sonra paltardəyişmə otağından canlı yayım edib.
Sportlife.az xəbər verir ki, görüntülərdə komandanın qapıçısı Voytsex Şesninin əlində siqaret və pivə şüşəsi var idi. Polşalı qolkoperi o vəziyyətdə görən Yamal dərhal telefonu digər tərəfə çevirib.
Qeyd edək ki, "El-Klassiko" "Barselona"nın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.