"Zirə"nin oyununda 6 qol

  • Dünən, 19:00

Türkiyədə təlim-məşq toplanışını davam etdirən "Zirə" ilk yoxlama oyununa çıxıb.

Sportlife.az xəbər verir ki, Antalya şəhərində Rumıniyanın "Çiksereda" kollektivi ilə qarşılaşan Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv rəqibi ilə 3:3 hesablı heç-heçəyə razılaşıb.

Azərbaycan təmsilçisinin qollarını Namik Ələskərov (10) və Rövlan Muradov (17,45 - hər ikisi penalti) vurublar.

Qeyd edək ki, "Zirə" yanvarın 16-da Ukraynanın "Aleksandriya" və Çexiyanın "Bohemians" klubları ilə qarşılaşacaq.


Paylaş: