"Neftçi"də erməni futbolçu?

  • Bu gün, 10:26

"Neftçi"nin qış “transfer pəncərəsi”ndə daha bir hədəfi müəyyənləşib.

Sportlife.az xəbər verir ki, bu barədə Belarus mətbuatı məlumat yayıb.

Minsk “Dinamo”sunun hücumçusu Karen Vardanyan karyerasını ölkəmizdə davam etdirə bilər. Çünki “Neftçi”nin baş məşqçisi Yuri Vernidub Belarus millisinin forvardını sərəncamında görmək niyyətindədir. Soliqorsk “Şaxtyor”unun sabiq çalışdırıcısı 22 yaşlı mərkəz hücumçusunu Belarusda işlədiyi dönəmdən tanıyır. Lakin “Neftçi” ilə yanaşı, Vardanyan yetirməsi olduğu “Vitebsk”in də gündəmindədir.

Karen Vardanyan 2025-ci il mövsümündə bütün turnirlərdə 35 oyuna çıxıb, 10 qolla “Dinamo”nun ən məhsuldar oyunçusu olub.


Paylaş: