"İş üçün yalvarmıram, amma ..."
"Mançester Yunayted"in keçmiş hücumçusu Ueyn Runi komandaya kimin rəhbərlik etməli olduğu ilə bağlı fikirlərini bölüşüb.
Sportlife.az xəbər verir ki, veteran futbolçu "qırmızı şeytanlar"ın məşqçilər korpusuna qoşulmaq istədiyini bildirib:
"İstər Kerrik, istər Fletçer, istər Con O'Şi, istərsə də mən olum, klubu tanıyan, onun qayğısına qalan və "Mançester Yunayted"in məsuliyyətini dərk edən insanlara ehtiyacımız var".
Bu, komanda ruhunu qaytarmaq üçün bir fürsətdir. Kerrikin heyətinə qoşulardımmı? Əlbəttə! Mən iş üçün yalvarmıram. Sadəcə hamının bilməsi üçün deyirəm ki, əgər məndən gəlməyim istənilsə, mütləq gedərəm".