"Səbail"dən ilk transfer
"Səbail" mövsümlərarası fasilədə ilk transferini reallaşdırıb.
Sportlife.az xəbər verir ki, klub çempionatın I dövrəsini "Şahdağ Qusar"da keçirmiş hücumçu Ruslan Voronsovla mövsümün sonuna qədər müqavilə imzalayıb.
"Səbail"də "9" nömrəli formanı geyinəcək 30 yaşlı futbolçu cari mövsümdə 7 qola imza atıb.