"Formula 1" pilotu ilə yollar ayrıldı
"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Alpin" komandası avstraliyalı pilot Cek Duenla yollarını ayırıb.
Sportlife.az xəbər verir ki, sürücü ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Cek Duen 2024-cü il Əbu-Dabi Qran Prisində debüt edərkən komandada yer qazanan ilk akademiya üzvü olub. Komanda son dörd ildə göstərdiyi sədaqət və peşəkarlığa görə Cekə təşəkkür edib, ona həm trasda, həm də trasdan kənarda uğurlar arzulayıb.