"Barselona"dan Alonsonun istefasına reaksiya

  • Bu gün, 17:09

"Barselona"nın idman direktoru Deku Xabi Alonsonun "Real"ın baş məşqçisi vəzifəsindən kənarlaşdırılmasını şərh edib.

Sportlife.az xəbər verir ki, portuqaliyalı klub rəsmisi Madrid təmsilçisinin rəhbərliyinin qərarından bir az təəccübləndiyini bildirib.

Qeyd edək ki, ispaniyalı mütəxəssis 2025-ci ilin yayından "Real"a rəhbərlik edirdi. Alonsonu bu vəzifədə "Real"ın digər keçmiş oyunçusu Alvaro Arbeloa əvəzləyib.

"Real" hazırda La Liqada 19 oyundan 45 xalla 2-ci yerdədir. Çempionlar Liqasında isə komanda 12 xalla yeddincidir.


Paylaş: