Keçmiş pilot saxlanıldı
Texas polisi keçmiş "Formula 1" pilotu Antonio Pizzoniyanı saxlayıb.
Sportlife.az xəbər verir ki, o, mübahisə etdiyi şəxsə fiziki təzyiq göstərməkdə ittiham olunur. Braziliyalı keçmiş pilot oğlunun iştirak etdiyi kartinq yarışından sonra başqa bir sürücünün atası ilə dava edib. Veteran pilot girov müqabilində azadlığa buraxılıb.
45 yaşlı Pizzoniya 2003-cü ildən 2005-ci ilə qədər "Villiams" və "Yaquar" komandalarında Formula 1 yarışlarında iştirak edib.